BÖLÜMLƏR

OFTALMOLOGİYA

Oftalmologiya

Referans Poliklinikanın Oftalmologiya bölməsi müxtəlif göz xəstəliklərinin diaqnostikası və müalicəsi üçün ən müasir avadanlıqlarla təchiz olunub. Bölməmizdə yüksək ixtisaslı, təcrübəli və peşəkar mütəxəssislər fəaliyyət göstərir.

Bizə müraciət etdikdə, əmin ola bilərsiniz ki, müalicəyə başlamazdan əvvəl aparılan kompleks müayinə nəticəsində Sizə dəqiq diaqnoz qoyulacaq və yalnız bundan sonra müvafiq müalicə təyin ediləcəkdir.

Mütəxəssislərimiz bir çox gös xəstəliklərinin diaqnostikası və müalicəsini həyata keçirir. Onların sırasında aşağıdakıları qeyd etmək olar:

  • Buynuz qişas; xəstəliklərinin erkən diaqnostikası - keratokonus, epitelial distrofiya və s.
  • Astiqmatizm
  • Miopiya
  • Uzun müdddətli kontakt linzalardan istifadə edən pasientlər
  • Refraksion cərrahi əməliyyatlardan öncə və sonra
  • Keratoplastika əməliyyatlarında istifadə olunur.
  • Gözdaxili təzyiqin artması
  • Qlaukomaya şübhə və glaukoma xəstəliyi
  • Torlu qişanın patologiya və zədələnmələri
  • Görmə sinirinin xəstəlikləri
  • Kəllə-beyin zədələnmələri
  • Baş beyinin xoşxassəli və bədxassəli şişləri
  • Yüksək qan təzyiqi (hipertoniya) xəstəliyi
  • Beyin qan dövranı pozğunluğu və s.

Göz xəstəliklərindən əziyyət çəkən pasiyentlərimiz bir box hallarda yanaşı gedən digər xəstəliklərdən də əziyyət çəkir. Həmçinin, göz xəstlikləri bəzən məhz onlardan qaynaqlanır. Beləliklə, həmin xəstəliklərin müalicəsi aparılmadan göz xəstəliklərinin müalicəsində tam uğur əldə etmək mümkün olmur. Bu hallarda həkim-oftalmoloqlarımız klinikamızın digər ixtisas həkimləri ilə bir komandada çalışır və pasiyentlərimizə hərtərəfli tibbi qayğını təmin edir.

Bu xüsusilə də, aşağıdakı hallarda daha önəmlidir:

  • Şəkərli diabet xəstələri: diaqnostik müalicənin məqsədi ilə və müalicənin effektivliyini təmin etmək üçün
  • Revmatoloji xəstəliklərdən qaynaqlanan göz xəstəlikləri
  • Yüksək qan təzyiqi (hipertoniya)
  • Böyrək xəstəlikləri
  • Onkoloji xəstəliklər
  • Qalxanvari vəzinin xəstəlikləri
  • Gözün infeksion xəstəlikləri (pre-orbital və orbital sellulit, virus və bakterial mənşəli konyuktivitlər)
  • Gözün allergik xəstəlikləri və s.

Uşaqlarda göz xəstəliklərinin müalicəsi də klinikamızın mütəxəssisləri tərəfindən uğurla aparılır. Böyüklərdə olduğu kimi, uşaqlarda da gözün refraktiv qüsurlarının (miopiya, hipermetropiya, astiqmatizm), keratokonus xəstəliyinin diaqnostikası və müalicəsi ən müasir diaqnostik və cərrahi avadanlıqlarla həyata keçirilir, görmə itiliyinin yoxlanması aparılır.

Yenidoğulanlarda və uşaqlarda anadangəlmə göz xəstəliklərinin erkən diaqnostikası və müalicəsi çox önəmlidir. Yenidoğulanlarda retinopatiyaların erkən diaqnostikası və müalicəsi, anadangəlmə göz şişlərinin (retinoblastoma və s.) aşkarlanması onların müalicəsini daha effektiv edir.

Məktəbyaşlı uşaqlarda dərs ili başladıqda baş ağrıları bir çox hallarda məhz görmə ilə bağlı olur. Bu səbəbdən də, onların ildə ən azı iki dəfə göz həkiminin müayinəsindən keçirmək olduqca önəmlidir.

Hansı hallarda təcili olaraq göz həkiminə müraciət etmək önəmlidir?

  • Görmənin zəifləməsi və ya görmə itiliyinin azalması (xüsusilə də, qısa zaman kəsiyində baş veribsə)
  • Görmə sahəsində sanki üzən cisimler (qara nöktələr, lekeler)
  • Dumanlı görmə
  • Axşamlar görmə qabiliyyətinin pisləşməsi
  • Görmə sahəsində rəngli halqalar
  • Gözde ve göz ətrafında ağrı hissi
  • Göz ətrafının dərisində və gözdə qızartı, göz qapaqlarının şişməsi və qızarması
  • Bir və ya hər iki göz almasının qabağa çıxması
  • İkili görmə
  • Şəkərli diabet xəstəliyi olanlarda görmənin pisləşməsi
  • Yüksək qan təzyiqi olanlarda görmənin pozulması

Referans CLC Məsləhətçi
 

Online Məsləhətçi

Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinikin
Online Məsləhətçi xidmətinə xoş gəlmisiniz! Suallarınızı əməkdaşlarımıza ünvanlaya bilərsiniz.