BÖLÜMLƏR

URO-ANDROLOGİYA

Uro-Andrologiya

Andrologiya sahəsi kişiləri, kişi orqanizminin anatomiyasını və fiziologiyasını, kişi cinsiyyət sisteminin xəstəliklərini və onların müalicə üsullarını öyrənir. Uzun müddət andrologiya urologiyanın bir bölməsi olduğu üçün kişilərin cinsi və reproduktiv problemləri ilə uroloqlar məşğul olurdu. Andrologiya sahəsi ümumilikdə, urologiya, venerologiya, endokrinologiya, plastik cərrahiyyə, damar cərrahiyyəsi, mikrocərrahiyyə kimi ixtisaslarla sıx əlaqəlidir.

Androloqlar, sidik axarının, prostat vəzinin, toxum kisəciklərinin, xayalıq və onun orqanlarının, cinsiyyət üzvünün iltihabi xəstəlikləri və travmalarının, xarici cinsiyyət orqanlarının, prostat vəzi və toxum kisəcikləri törəmələrinin, kişi cinsi orqanlarının konqestiv xəstəliklərinin və ereksiya pozulmasının konservativ müalicəsi, cinsi inkişafdan qalma səbəblərinin və hipoqonadizmin, kişi klimaksının tədqiqatını və müalicəsini həyata keçirirlər. Onlar yalnız xəstəliklərin müalicəsi ilə deyil, eyni zamanda sağlam insanlarda cinsi funksiyanın korreksiyası ilə məşğul olur.

Androloji problemlər sırasında sonsuzluq və cinsi funksiyanın pozulması xüsusi yer tutur. Cinsi orqanların inkişafının anadangəlmə, genetik qüsurlarından-kriptorxizm (xayanın xayalığa düşməməsi), fimoz, hipo və epispadiya (Sidik kanalının xarici dəliyi penisin ucunda deyil, cismində və hətta kökündə açılır.) andrologiya bölməsinə aiddir.

Andro-urologiya - klinik təbabətin kişi sidik cinsiyyət sistemi xəstəliklərinin diaqnostika və müalicəsi ilə məşğul olan sahəsidir.

Cinsi inkişafın ləngiməsi, infeksion-iltihabı xəstəliklər, prostat vəzi xəstəlikləri, kişi sonsuzluğu və cinsi disfunksiya, cinsin dəyişdirilməsi və onkoandrologiya, həmçinin kişi sağlamlığının bir sıra digər problemləri ilə androloqlar və uroloqlar məşğul olur. Bu zaman müxtəlif laborator (spermoqramma, immunoloji, sitoloji, hormonal müayinələr, infeksion skrininq) və instrumental (rentgenoloji və USM və.s.) diaqnostika üsulları tətbiq edilir. Müalicə mövcud olan problemlərin növündən asılı olaraq konservativ və ya cərrahi yolla (o cümlədən, bərpaedici, plastik cərrahiyənin köməyi ilə) aparılır.

REFERANS Poliklinik Uro-Andorloqları tərəfindən bütün uroloji v əandroloji xəstəliklərin müayinə və müalicəsi aparılrı:

  • Kişilərdə reproduktiv sistem
  • Spermoqramma
  • Teratozoospermiya
  • Kişi sonsuzluğu
  • Böyrək daşı xəstəliyi
  • Böyrək daşının müalicəsi
  • Pielonefrit
  • Uretrit
  • Kişilərdə seksual disfunksiyalar
  • Erektil disfunksiya (cinsi zəiflik)
  • Peyroni xəstəliyi
  • Prostatit
  • Kriptorxizm
  • Xaya və xaya artımının kistası
  • Varikosele
  • Erkən eyakulyasiya

Referans CLC Məsləhətçi
 

Online Məsləhətçi

Referans Klinik Laboratoriya Mərkəzinin
Online məsləhətçi xidmətinə xoş gəlmisiniz.