REFERANS

Klinik Laboratoriya Mərkəzi və Poliklinik

 

Təklif və şikayətləriniz

Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinikasının öz işində rəhbər tutduğu əsas prinsiplər pasiyent məmnunluğu və təhlükəsizliyidir. Bütün xidmətlərimizdə pasiyentlərin təhlükəsizliyinin təminatına xüsusi önəm verilir. Pasiyent məmnunluğu isə uzunmüddətli və məhsuldar əməkdaşlığın əsasıdır. Bu səbəbdən pasiyentlərimizlə daimi əlaqədə olmaq və göstərdiyimiz xidmət haqqında onların fikirlərini öyrənmək bizim üçün olduqca əhəmiyyətlidir. 

Mərkəzimizin fəaliyyətindən narazı qaldığınız məqamları və şikayətlərinizi, habelə xidmətin keyfiyyətini artırmaq məqsədilə təklif və iradlarınızı mərkəzimizin Keyfiyyətə Nəzarət qrupunun diqqətinə çatdırmaq üçün Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-poçt ünvanına məktub yaza, ISO keyfiyyət standartlarına uyğun hazırlanmış məmnunluq anketlərimizi öz mpbil telefonlarınızdan daxil olub cavablandıra və ya *0033 nömrəsinə zəng edərək bizə çatdıra bilərsiniz.

Sizin fikir və təkliflərinizi eşitmək bizim üçün çox önəmlidir. Onların nəticəsində fəaliyyətimizi daha da genişləndirmək və xidmətlərimizi daha yüksək səviyyəyə qaldırmaq əzmindəyik.

Referans CLC Məsləhətçi
 

Online Məsləhətçi

Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinikin
Online Məsləhətçi xidmətinə xoş gəlmisiniz! Suallarınızı əməkdaşlarımıza ünvanlaya bilərsiniz.