REFERANS

Klinik Laboratoriya Mərkəzi

 

Üstünlüklərimiz

  • Geniş çeşidli laborator xidmət
    Laboratoriyamızda standart müayinələrlə yanaşı, geniş spektrli genetik müayinələrin, autoimmun testlərin, allergik panellərin, yenidoğulanlarda metabolik və genetik xəstəliklərin skrininqi testlərinin, qida həssaslığı testinin, prenatal (doğuşqabağı) testlərin, ən yüksək həssaslığa malik cihazrlarda PZR müayinələr də daxil olmaqla 4000-nə yaxın laborator müayinələrin aparılması mümkündür.
  • Tam avtomatlaşdırılmış qapalı laborator sistem
    Azərbaycanda ilk dəfə yalnız “Referans” Klinik Laboratoriya Mərkəzi & Poliklinikasında ən müasir texnologiyaları özündə birləşdirən və xüsusi referent tipli cihazlarla təchiz olunmuş laboratoriya tam avtomatlaşdırılmış qapalı sistem əsasında fəaliyyət göstərir.
  • Xüsusi idarəetmə sistemi
    Mərkəzimiz fəaliyyətə başladığı gündən etibarən xüsusi Laboratoriya İdarəetmə Sistemi (LIS) əsasında çalışır. Bioloji nümunələr laboratoriyamıza kodlaşdırılmış şəkildə daxil olur. Qurulan sistem vasitəsilə insan əli dəymədən cihaz qanın barkodunu oxuyur və lazım olan testi işləyərək sistemə ötürür. Bu üsulla pasiyentə qısa zaman ərzində düzgün nəticə təqdim edilir.
  • “Sıfır xəta” prinsipi
    Göstərdiyimiz xidmət zamanı “sıfır xəta” prinsipini qarşımıza məqsəd kimi qoymuşuq. Hər bir pasiyentə verilən nəticənin düzgünlüyünə əmin olmaq üçün laboratoriyamızda aparılan bütün testlər pasiyentlərə təqdim olunmadan öncə xüsusi sistem əsasında təkrar yoxlanılır. Laborator müayinələrin nəticələri Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi standartlara əsasən işlənilir. Eyni zamanda, təsadüfü seçim üsulu ilə laborator testlər mütəmadi olaraq aparıcı Avropa ölkələrinin laboratoriyalarında keyfiyyətə nəzarət məqsədilə yoxlanılır.
  • “Evinizdə müayinə” xidməti
    Yaşlı və hərəkət məhdudiyyəti olan, vaxt çatışmazlığı və ya digər səbəblərdən klinikamıza müraciət edə bilməyən pasiyentlərimiz peşəkar tibbi mütəxəssislərimiz tərəfindən göstərilən “Evinizdə müayinə” xidmətindən yararlana bilər. Peşəkar tibbi personalımız, Sizə uyğun məkanda, biomaterial nümunəsini götürərək, onu xüsusi saxlanma şərtlərinə uyğun laboratoriyamıza çatdırır. Pasiyentlərimizin istəyinə uyğun olaraq “Evinizdə müayinə” xidməti daxilində həkim qəbullarının da təşkili mümkündür.
  • İzahlı test nəticələri
    Laboratoriyamızda aparılan testlərin nəticələri izahlı şəkildə pasiyentlərə təqdim edilir.
  • Online- nəticə
    Pasiyentlər onlara verilən fərdi kodlarla klinikaya gəlmədən www.referansclc.com saytına daxil olaraq evdən və ya iş yerindən, hətta dünyanın istənilən ölkəsindən analiz nəticələrini əldə edə bilərlər. Bundan əlavə, müayinə nəticələri hazır olduqda, pasiyentin istəyinə əsasən onun elektron poçt ünvanına da göndərilir.

Referans CLC Məsləhətçi
 

Online Məsləhətçi

Referans Klinik Laboratoriya Mərkəzinin
Online məsləhətçi xidmətinə xoş gəlmisiniz.