- Əhalinin sağlamlığının yaxşılaşdırılmasına, səhiyyə sisteminin inkişafına və bu sahəyə olan etimadın daha da gücləndirilməsinə dəstək olmaq.
- Ölkə daxilində aparılmayan bütün laborator xidmətlərin yerli bir laboratoriyada aparılmasını təmin etmək.
- Pasiyentlərimizin ehtiyaclarına uyğun yüksək keyfiyyətli laborator və poliklinik xidmətlər göstərmək.
- Peşəkar mütəxəssislərimizə daha da təkmilləşmək və ixtisaslarını artırmaq üçün dəstək olmaq.
- Pasiyentlərimizin bizə olan inamını qorumaq və onların daimi məmnuniyyətini təmin etmək.
- Bütün xidmətlərin şəffaf həyata keçirilməsi öhdəliyinə sadiq qalmaq.
- Azərbaycanda laborator xidmətlər üzrə milli referent laboratoriya adını qazanmaq.
- Keyfiyyət sahəsində müəyyənləşdirilmiş məqsədlərin davamlı izlənilməsini təmin etmək və keyfiyyəti hər zaman ön planda tutmaqla, idarəetmə sisteminin effektivliyini artırmaq.
- Göstərdiyimiz xidmətləri zamanın tələblərinə uyğun yüksəltmək və inkişaf etdirmək.
- Aparılan müasir testlər haqqında mütəmadi şəkildə həkimləri və geniş ictimaiyyəti məlumatlandırmaq.