REFERANS CLC

Digər Xidmətlər

 

Evinizdə müayinə xidməti

  Sağlamlığınızda hər hansı bir probleminiz varsa, iş fəaliyyətinizi pozmayaraq, işdən və ya evdən çıxmadan sağlamlığınızın qayğısına qala bilərsiniz. Bu məqsədlə biz- Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik olaraq, sizə yüksək keyfiyyətli “Evinizdə müayinə xidməti” təqdim edirik. Peşəkar tibb personalımız Sizə uyğun məkanda biomaterial nümunəsini götürərək, biomaterialın saxlanma şərtlərinə uyğun laboratoriyamıza çatdırır. Pasiyentlərimizin istəyinə uyğun olaraq “Evinizdə müayinə” xidməti daxilində həkim qəbullarının da keçirilməsi mümkündür.

Evinizdə müayinə xidmətindən istifadə üçün qeydiyyat qaydaları:

*0033 Çağrı mərkəzi ilə əlaqə saxlayaraq “Evinizdə müayinə xidməti”-dən istifadə edə bilərsiniz. Xidmətdən istifadə üçün qeydiyyatdan keçən zaman pasiyentin adı, soyadı, ata adı, şəxsiyyətini təsdiq edən sənədin seriya nömrəsi, yaşayış ünvanı və əlaqə nömrəsi qeydə alınır.

Referans CLC Məsləhətçi
 

Online Məsləhətçi

Referans Klinik Laboratoriya Mərkəzinin
Online məsləhətçi xidmətinə xoş gəlmisiniz.