REFERANS

Klinik Laboratoriya Mərkəzi

 

Haqqımızda

  Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik olaraq 2016-cı ildən etibarən laborator xidmətlər, 2018-ci ildən isə poliklinik xidmətlər üzrə fəaliyyət göstəririk. 

Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik olaraq əsas məqsədimiz Beynəlxalq Səhiyyə Sisteminə inteqrasiya olaraq, ən yaxşı laboratoriya və poliklinik mərkəzlərindən birinə çevrilməkdir.

Məsuliyyətimizi dərk edərək fəaliyyətimizdə daima ən yüksək səviyyəli xidmət göstərmək və hər kəsin etibar etdiyi mərkəz kimi qalmaq hədəflərimizi rəhbər tuturuq. Qabaqcıl dünya təcrübəsindən və müasir tibbi texnologiyaların imkanlarından istifadə edərək, pasiyentlərimizin məmnunluq dərəcəsini fasiləsiz yüksəltmək əzmindəyik. Məhz bu məqsədimizi əsas tutaraq 2018-ci ildə ISO 9001:2015 (Keyfiyyəti İdarəetmə Sistemi)msertifikatını əldə etmişik.

Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik laboratoriyası dünya standartlarına uyğun müasir avadanlıqlarla, aparıcı avropa şirkətlərinin istehsalı olan tam avtomatlaşdırılmış cihazlarla təmin olunmuşdur. Burada 9 əsas (CoLab, Hematologiya, Mikrobiologiya,  Molekulyar Mikrobiologiya, Genetika, Sitogenetika, İmmunologiya, Serologiya) və bir neçə (hamilələrin prenatal skrininqi, diabetik monitorinq, Flow Cytometry, yenidoğulmuşların metabolik skrininqi və s.) alt bölmələri üzrə 4000-nə qədər laborator müayinələr aparılır. 

Burada analizlər ən son texnologiya və metodlar istifadə edilərək, beynəlxalq protokollara əsaslanaraq yerinə yetirilir və bütün nəticələr kontrol müayinədən keçirilir.

"Əldə etdiyiniz nəticə sadəcə rəqəm deyil" şüarı altında xidmət göstərən Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik –də "doğru nəticə-sıfır xəta" prinsipi qarşıya məqsəd kimi qoyulub. Bütün mərhələlərin standartlara uyğun şəkildə getməsi üçün mərkəzimizdə Keyfiyyətə Nəzarət Sistemi var. Bu sistem mərkəzimizdə iş prosesininin bütün mərhələlərdə düzgün aparılmasını izləməyə imkan verir. 

Pasiyent hüquqlarına hörmət etməyi, məlumatlandırmağı, testləri sürətli, doğru, izlənilə və təkrarlana bilən üsullarla çalışmağı əsas götürmək, peşəkar həkim qəbullarının və müayinələrini aparılmasını təmin etmək mərkəzimizin ən böyük üstünlüklərindən biridir.

Dəyərlərimiz

Keyfiyyət – Gördüyümüz hər bir işi beynəlxalq standarlara uyğun bir şəkildə həyata keçirmək.

Şəffaflıq– Özümüzə, pasiyentlərimizə və tərəfdaşlarımıza qarşı şəffaf və dürüst olmaq.

Referans CLC Məsləhətçi
 

Online Məsləhətçi

Referans Klinik Laboratoriya Mərkəzinin
Online məsləhətçi xidmətinə xoş gəlmisiniz.