REFERANS MEDICAL GROUP

Digər Xidmətlər

 

Əmakdaşlıq Etdiyimiz Şirkətlər

Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinika geniş çeşidli laboratoriyadan ibarət müasir və çoxprofilli klinikadır. Mərkəzimiz pasiyentlərlə yanaşı korporativ müştərilərlə əməkdaşlığa da xüsusi önəm verir. Bu baxımdan, əməkdaşlığın inkişafı və uzunmüddətli olması, dürüstlük, qarşılıqlı inam və hörmət, etibarlılıq və məsuliyyət əsasında davam etdirilməsində maraqlıyıq və bu istiqamətdə ciddi əzmkarlıqla fəaliyyət göstəririk.

Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinika öz korporativ müştərilərinə yüksək keyfiyyətli müayinələr təqdim edir. Müştərilərimizin ehtiyac və tələbatlarına uyğun, onları ən əlverişli xidmətlərlə təmin etmək üçün ölkəmizdə ən geniş çeşidli laboratoriyaya malik olan mərkəzimiz laborator analiz çeşidlərini davamlı olaraq genişləndirir.

Korporativ müştərilərimizə qarşı münasibətdə yüksək standartlara cavab verən korporativ müştəri xidmətlərini təmin edib, fərdi yanaşma və çevik qiymət siyasətini həyata keçiririk. Onlarla bağladığımız müqavilələr işçilərə nəinki iş yerindən ayrılmamaq şərti ilə tibbi xidmət göstərməyə, həm də sərfəli şərtlərlə müayinədən keçməyə imkan verir.

Əməkdaşlıq etdiyimiz bütün fərdi və korporativ pasiyentlərimizə bizi seçdikləri üçün təşəkkür edir və daim sağlam olmalarını arzulayırıq.

emekdashliq

Referans CLC Məsləhətçi
 

Online Məsləhətçi

Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinikin
Online Məsləhətçi xidmətinə xoş gəlmisiniz! Suallarınızı əməkdaşlarımıza ünvanlaya bilərsiniz.