BÖLMƏLƏR

Mikrobiologiya Bölməsi

Mikrobiologiya

Mikrobiologiya, mikroorqanizmlər adlandırılan kiçik, adi gözlə görünməyən orqanizmlərin həyat və inkişaf qanunauyğunluqlarını öyrənən sahədir. Mikrobiologiya sahəsi mikroorqanizmlərin xüsusiyyətlərini, eləcə də onların makroorqanizmdə və müxtəlif xarici mühit obyektlərində törətdiyi prosesləri öyrənir.

Mikrobiologiya bölməmizdə mikroblar müxtəlif cəhətdən araşdırılır. Ümumi və yaxud təməl mikrobiologiya mikrobların morfologiyasını (forma və quruluşunu), fiziologiyasını (qidalanma, metobolizm, tənəffüs və çoxalma xüsusiyyətlərini), genetikasını (irsiyyət və dəyişkənliyini) və ekologiyasını öyrənir.

Referans Klinik Laboratoriya Mərkəzinin Mikrobiologiya bölməsində müasir diaqnostik üsullar tətbiq olunur. İmmunoferment və radioummun analiz üsulları mikrobioloji praktikada klassik seroloji reaksiyalara nisbətən daha çox tətbiq edilir. Pasiyentin materialında törədicilərin nuklein turşusunun axtarılmasına əsaslanan yeni diaqnostik üsullar- DNT-hibridləşdirmə və zəncirvari polimeraza reaksiyası mikroorqanizmlərlə törədilən xəstəliklərin diaqnostikasında getdikcə daha geniş miqyasda tətbiq edilir.

 

Referans CLC Məsləhətçi
 

Online Məsləhətçi

Referans Klinik Laboratoriya Mərkəzinin
Online məsləhətçi xidmətinə xoş gəlmisiniz.