BÖLMƏLƏR

İmmunologiya Bölməsi

İmmunologiya

 

 İmmunologiya immunitet haqqında elmdir. İmmun sistemin əsas funksiyası, sahib olduğu orqanizmi genetik yadlıq xüsusiyyətləri daşıyan mikroorqanizmlərdən, fiziki cisimlərdən və ya maddələrdən qorumaqdır. Normal fəaliyyət göstərən immun sistem spesifik və qeyri-spesifik immun cavab reaksiyaları yaradır və orqanizmi zədələnmələrdən müdafiə edir.

Orqanizmdə mürəkkəb spesifik immun cavab reaksiyası bir neçə metabolik proseslərin nəticəsidir. Bunlardan antigen molekuularının tanınmasını, informasiyanı yadda saxlamağı, effektor hüceyrələrin sintezini göstərmək olar. Hüceyrə səviyyəsində olan bu metobolik proseslər makrofaqlar və limfositlərlə bağlıdır. Makrofaqlar antigenləri hissəvi hidroliz edir və limfositlərə antigen haqqında imformasiya verir, yəni AG-ni tanıdan hüceyrə rolunu oynayır.

İmmun cavab- orqanizm tərəfindən xarici AG-ni və ya zədələnmiş hüceyrə və toxumaları tanımaq, zərərsizləşdirmək və orqanizmdən xaric etməkdir. İmmunitetin T və B sistemlərinin inkişafı iki əsas mərhələdən ibarətdir. Birinci mərhələdə antigen spesifik klonların formalaşması, ikinci mərhələdə isə T-limfosit klonlarının sitotoksik təsiri, B-limfosit klonlarının plazmatik hüceyrələrə çevrilməsi və əkscisim sintezi baş verir.

Referans Klinik Laboratoriya Mərkəzinin İmmunologiya bölməsində aşağıdakı proseslərin izlənməsi həyata keçirilir:

  • Yad antigenin tanınması;
  • Antigenin tanınmasında iştirak edən limfositlərin miqrasiyası və gücləndirilməsi;
  • Hüceyrəarası reaksiyaların inkişafı;
  • Effektor T və B limfositlərin klonospesifik sələflərinin proliferasiya və diferensiasiyası;
  • Komplement sisteminin aktivləşməsi;
  • Həll olan antigenin neytrallaşdırılması, antigenin faqositozu və ya yad hüceyrələrin parçalanması.

Beləliklə, insanın immun sistemi – çox mürəkkəb və çox mükəmməl bir sistem olub, orqanizm üçün “yad” və təhlükəli hesab edilən istənilən substansiyaların tanınması və məhv edilməsi funksiyasını daşıyır. Bundan başqa, immun sistemi orqanizmin hüceyrə və toxumalarının normal şəkildə inkişaf etməsinə nəzarət edərək, onlar üçün nəzərdə tutulan genetik proqramdan kənara çıxmağa imkan vermir. Yəni, xərçəng hüceyrələrini, qocalmış, ölmüş hüceyrələri məhv edir və məhv olmuş hüceyrələrin üzərinə düşən vəzifələri tam şəkildə icra edə bilən cavan “ardıcılların” yetişdirilməsi mexanizmini tənzimləyir.

 

EUROİMMUN ANALİZER-1
 
EUROIMMUN Analyzer I

Euroimmun Analizer- ELİSA test sisteminin tam avtomatlaşdırılması üçün mükəmməl formada yaradılmış və özündə bir çox optimal gündəlik fəaliyyəti təmin edən xüsusiyyətləri cəmləşdirir. Euroimmun Elisa reagentlərinin və Euroimmun Analizer-cihazının kombinasiyası vasitəsi ilə sürətli və sadə iş və həmçinin bu işin təhlükəsiz aparılması reagentlərin avtomatik tanınması və ayrılması sayəsində mümkündür.

Hamısı birində: Allerqologiya, infeksiya, serologiya və autoimmun diaqnoz hamısı bir avtomat sistemdə.

Universallıq: Serumda, plazmada, OBM-də 800-dən çox Euroimmun test parametrləri və hər mikropleytdə 12 dən çox fərqli testlər.

Tutum və ötürücülük: Sürətli yükləmə və səmərəli vaxt gündəlik sürətli çalışmanı həyata keçirir. Euroimmun Analizer-1 də saatda 70 dən çox test və 7 plaka və hər işləmədə 180 nümunə incələnir. Pasient üçün təhlükəsizlik: Test təsdiqləmə sistemi və hərtərəfli təhlükəsiz, etibarlı diaqnostikanı həyata keçirən bağlı sistem.

EUROIMMUN ELISA Euroimmun Analizatoru üzərində səmərəli rahat və təhlükəsiz emalı üçün ideal çözümdür

Euroimmun EUROBLOT ONE

-Tamamilə avtomatlaşdırılmış sistem

-Düzgün barkodlaşdırma və düzgün pipetlənmə

-Yüksək tutum-eyni anda 44 dən çox nümunə

-Tək inkubasiya ilə 36 fərqli parametr

-Geniş spektr

-Xüsusi olaraq pediatrik test paneli üçün az miqdarda (sadəcə 100 µL) serum/plazma ilə çalışma

-Sürətli test performansı- sadəcə 400 mkl qan ilə təqribən 2.5 saata analizlərin hazır olma

Euroimmun EUROSTAR III PLUS
Euroimmun EUROSTAR III PLUS3

 İşıq diodlu (LED- light-emitting diode) EUROSTAR III flüoressensiya mikroskopu qeyri düz immunoflüoressensiyanın dəqiq üstünlük tələblərinə uyğun hazırlanmışdır.


Rəqəmsal görüntülərin əldə olunması üçün kamera bilavasitə inteqrə olunmuş boruya əlavə olunub. EUROIMMUN həmçinin rəqəmsal təsvirləri nümayiş və idarə etmək üçün EUROPicture-un çox funksional proqram təminatını təklif edir. EUROİMMUN mühəndisləri buraya flüoressensiya mikroskopiyasının göy işıq diodlarını daxil etmişlər. EUROIMMUN LED-texnologiyası həmçinin mikroskopun başqa tiplərini modernləşdirmək üçün ayrı komponent olaraq da əlçatandir.

-Təhlükəsiz və bərpa edilən nəticə: Requlə olan LED - EUROIMMUN-un unikal inkişafıdır və flüoressensiyanın ardıcıl oyanmasına zəmanət verir.

-Ekonomik: LED 50,000 saatdan çox uzunmüddətli faydalı istifadə və aşağı cari istehlak.

-Ekoloji təmiz: Heç bir civə və ultrabənövşəyi radiasiya olmur.

-Rahat istifadə: İşıq diodu işığın tam intensivliyini təmin edir, təcili ayırıcı 50/50 şüası kamera və göz arasında ehtiyacsız dəyişməyə keçir.

-Modernləşmiş gələcək: EUROIMMUN - LED başqa mikroskopları təmin etmək üçün ayrıca modul olaraq da əlçatandır.

 

 

Referans CLC Məsləhətçi
 

Online Məsləhətçi

Referans Klinik Laboratoriya Mərkəzinin
Online məsləhətçi xidmətinə xoş gəlmisiniz.