COVID-19 Diaqnostikası

Diaqnoz kliniki əlamətlər, epidemioloji anamnezin və müsbət laborator nəticələrin əsasında qoyulur.

Spesifik laborator diaqnostika:

  • SARS-CoV-2-un RNT-nin PZR üsulu ilə aşkar olunması
  • Qanda Koronavirusa qarşı spesifik anticismlərin təyini - IgM, IgG
  • Peyvənd öncəsi və ya sonrası, ümumiyyətlə COVID-19 keçirildikdən sonra qanda İg G anticismlərin miqdari təyini.
  • Britaniya ştamının təyini

Anticismlər və ya immunoqlobulinlər (antibody), virusun orqanizmə daxil olmasına cavab kimi immun sistem tərəfindən sintez edilir.

IgM Anticismləri xəstəliyin başlamasından sonra 5-7-ci sutkada əmələ gəlir. Bu əkscisimlərin qanda aşkar olunması hal-hazırda olan infeksiyanı əks etdirir. Sağaldıqca bu əkscisimlərin səviyyəsi də azalır.

Test bütün Referans filiallarında və Ünvanda Tibbi Xidmət daxili aparılır.

Qiymət: 25 AZN

IgG Anticismləri sintezi isə daha sonra başlayır və keçirilmiş infeksiyadan 10-14 gün sonra maksimum səviyyəyə çatır. COVID-19-a qarşı IgG aşkar edilməsi virusa yoluxmuş şəxsin sağalma mərhələsində olması və ya daha öncə Koronavirus infeksiyasına yoluxmasından xəbər verir.

Əgər insanda eyni zamanda həm IgM, həm də IgG əkscisimləri təyin olunarsa, xəstəliyin asimptomatik gedişatı qeyd edilir və yoluxmanın 10-14 gün əvvəl baş verdiyi ehtimal olunur. Bu müddət ərzində infeksiyanın başqalarına ötürülmə riski yüksəkdir. İzolyasiya qaydalarına riayət etmək tövsiyə olunur.

Test bütün Referans filiallarında və Ünvanda Tibbi Xidmət daxili aparılır.

Qiymət: 25 AZN

COVID-19 IgG Kəmiyyət (Quantitative) Testi

Daha öncə keçirilmiş, hətta asimptomatik keçirilən COVID-19 və ya peyvənd sonrası aparılan COVID-19 İgG kəmiyyət testi zərdabda virusun səthində yerləşən spike proteininə qarşı olan immunoqlobulin G (İg G) təyini məqsədilə aparılır.

Testin üstunlüyü nəticənin kəmiyyətcə təqdim olunmasıdır ki, bununla da pasiyentin COVID-19-dan sağalması və COVID-19-a qarşı yaranan immun statusunun səviyyəsinin ölçülməsi mümkündür. Bundan əlavə, test vaksindən sonra immun cavabının monitorinqi və sağalmış insanların plazmasının transfuziya effektivliyinin izlənməsi məqsədi ilə də istifadə edilə bilər.

Testin klinik effektivliyinin qiymətləndirilməsi zamanı, test edilmiş xəstələrdə testin 99,6 % spesifikliyə və 99,35 % həssaslığına malik olduğunu göstərildi (simptomların başlanmasından 15 gün və ya daha çox müddətdə).

Bu test təbii və ya süni spesifik immun cavab reaksiyasının olub olmamasının təyinində böyük əhəmiyyət kəsb edir.

Test bütün Referans filiallarında və Ünvanda Tibbi Xidmət daxili aparılır.

Qiymət: 48 AZN

 

COVID-19 burun-boğazdan yaxma analizi (PZR) - Bu üsul ilə materialda virusun genetik spesifik fraqmentlərinin olmasına əsaslanır. RNT SARS-CoV-2-nin müsbət laborator nəticəsi əsasında diaqnoz təsdiqlənir. PZR üsulu ilə virusun genetik materialı infeksiyadan bir neçə gün sonra insan orqanizmində aşkar olunur. Bu hal, həm xəstəliyi, həm də xəstəliyin asimptomatik gedişatını müəyyən etməyə imkan verir.

Test bütün Referans filiallarında və Ünvanda Tibbi Xidmət daxili aparılır.

Qiymət: adi hallarda (3-6 saat ərzində nəticə təqdim edilir filialdan asılı olaraq) 75 AZN, təcili hallarda (1-3 saat ərzində nəticə təqdim edilir filialdan asılı olaraq) 95 AZN.

  • COVID-19 PCR nəticələrinin hazır olma müddəti minimum Nərimanov filialında təşkil edir.
  • Təcili/Express COVID-19 PCR nəticələrinin hazır olma müddəti Nərimanov filialında 1 saat təşkil edir,digər filiallarda isə 3 saat.
  • Test qida qəbulundan 1-2 saat sonra verilə bilər.
  • Profilaktik olaraq verilən analizlərin hər biri Ş/V əsasında aparılır.
  • Uçuş öncəsi aparılan analizlər Xarici passport və bilet məlumatları əsasında aparılır.
  • Nəzərinizə çatdırmaq istərdik ki, COVID-19 PCR analizi uçuş günü və saatına uyğun olaraq verilməlidir. Uçuşdan bir gün öncə analiz verməyiniz kifayət edir.
  • Nəticələriniz (Arayışlarınız) analizi verdiyiniz andan etibarən - 48 saat ərzində keçərli olacaq.
  • Nəticələriniz və arayışlarınızın Azərbaycan, İngilis və Rus dillərində təqdim olunması mümkündür və hər biri QR-CODE ilə təsdiq olunur.

Koronaviruslar insan və ya heyvanlar arasında yayıldığı sübut edilmiş patogen xüsusiyyətləri olan geniş viruslar ailəsidir. Məlumdur ki, bir sıra koronaviruslar insanlarda adi soyuqdəymədən tutmuş daha ciddi xəstəliklərə qədər, məsələn Yaxın Şərq Tənəffüs Sindromu (MERS) və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) kimi respirator infeksiyalara səbəb ola bilər. Bu yaxınlarda aşkar edilmiş koronavirusların sonuncusu SARS-CoV-2 virusu isə COVID-19 xəstəliyinə səbəb olur.

COVID-19 – koronavirusların yeni növü SARS-CoV-2 -in səbəb olduğu infeksion xəstəlikdir. 2019-cu ilin dekabr ayında Çinin Vuhan şəhərində infeksiya yaranmazdan əvvəl yeni virus və xəstəlik haqqında heç nə məlum deyildi.

COVID-2019-un törətdiyi kəskin respirator virus infeksiyasının klinik simptomlarının mövcud olması xarakterikdir:

  • bədən hərarətinin yüksəlməsi;
  • 80% hallarda öskürək (quru və ya bəlğəmli);
  • təngənəfəslik (55%);
  • mialgiya və yorğunluq (44%);
  • döş qəfəsinin tıxanması hissi (>20%)

Ən ağır təngənəfəslik yoluxmanın 6-8-ci günü inkişaf edir. Eləcə də, təyin olunmuşdur ki, ilk simptomlar içərisində baş ağrıları (8%), qanlı öskürək (5%), diareya (3%), ürək bulanma, qusma, ürək döyünməsi olur. Bu simptomlar baş verən zaman bədən hərarəti yüksəlməyə bilər.

Virusa yoluxmuş bəzi şəxslərdə heç bir əlamətlər və ya özünü pis hiss etmə halı müşahidə olunmur. Əksər insanlarda (təxminən 80%) xəstəlik xüsusi müalicə tələb olunmadan, sağalma ilə başa çatır. Ancaq COVID-19-a yoluxmada altı haldan birində tənəffüs çatışmazlığının inkişafı ilə ciddi simptomlar meydana gəlir. Yaşlı insanlarda, eləcə də arterial hipertenziya, ürək və ya diabet kimi xəstəliyi olan insanlarda infeksiyanın ağır keçmə ehtimalı daha yüksəkdir. Ölümlə nəticələnən hallar təxminən 2% təşkil edir. Yüksək hərarət, öskürək və ya tənəffüs çatışmazlığı olduğu halda tibbi yardım üçün müraciət etmək lazımdır.

  • Simptomsuz (Asimptomatik)
  • Yüngül formada, lakin yuxarı tənəffüs yollarının zədələnməsi ilə
  • Orta-ağır formada, pnevmoniyanın yaranması, lakin tənəffüs çatışmazlığı olmadan
  • Ağır formada, pnevmoniya fonunda tənəffüs çatışmazlığı ilə
  • Həddən artıq ağır formada, poliorqan çatışmazlığı ilə

SARS-CoV-2 virusuna yoluxmuş insan asanlıqla bu xəstəliyi başqasına yoluxdura bilər. COVID‑19 virusuna yoluxmuş şəxsin asqırması və ya öskürməsi zamanı ağız və burun boşluğundan havaya buraxılan kiçik damcılar vasitəsilə virus yayılaraq digər insanlara keçə bilər. Bu damcının başqasının nəfəs yoluna düşməsi nəticəsində baş verir. Eyni zamanda bu damcılar ətrafda yerləşən əşyalara və səthlərə düşür. İnsanlar həmin əşyalara və ya səthlərə toxunduqdan sonra gözə, burun və ya ağıza toxunaraq virusa yoluxa bilərlər. Bu səbəbdən xəstələnmiş şəxslə 1 metrdən artıq məsafə saxlamaq və üz nahiyəsinə toxunmazdan əvvəl əlləri yumaq çox vacibdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusunun yayılması yolları ilə bağlı tədqiqatın gedişatını izləyir və bu barədə məlumat yeniləndikcə ictimaiyyətə açıqlama verəcək.

İnkubasiya dövrü – yoluxmadan əvvəl xəstəliyin kliniki əlamətlərinin yaranmasına qədər olan dövrdür. Bir çox hesablamalara görə SARS-CoV-virusunun inkubasiya dövrü 1-14 gün arası davam edir və ən çox hallarda bu dövr təxminən 5 gün təşkil edir.

Virus əsasən öskürmə və ya asqırma zamanı tənəffüs yollarından havaya buraxılan kiçik damcılarla yayılır. Heç bir xəstəlik əlaməti olmayan insandan yoluxma riski olduqca aşağıdır. Digər tərəfdən bir çox insanlarda COVID-19 virusunun əlamətləri özünü çox zəif büruzə verir. Bu əsasən xəstəliyin erkən mərhələsinə aiddir. Beləliklə özünü xəstə hiss etməyən və yüngül öskürəyi olan insandan COVID-19 virusunun ötürülməsi riski mövcuddur. ÜST xəstələnmiş insanın başqalarını yoluxdura biləcəyi müddətlə bağlı tədqiqatın gedişatını izləyir və bu barədə məlumat yeniləndikcə ictimaiyyətə açıqlama verəcək.

  • kəskin respirator infeksiyanın, bronxitin, sətəlcəmin kliniki əlamətlərinin və aşağıdakı epidemioloji anamnezin olması:
  • simptomlar başlamazdan əvvəl son 14 gün ərzində COVID-2019-a görə epidemioloji cəhətdən qeyri-əlverişli ölkə və regionlara gediş-gəlişin olması
  • son 14 gün ərzində COVID-2019 yeni koronavirusun törətdiyi infeksiya üzrə müşahidə olunan və sonra xəstələnən şəxslərlə sıx təmasın olması;
  • son 14 gün ərzində COVID-2019 diaqnozu təsdiq olunmuş şəxslərlə sıx təmasın olması.