Profilaktik USM üçün göstərişlər

Düzgün aparılan diaqnostika hər bir xəstəliyin düzgün və zamanında müalicəsinin təməlidir. Erkən diaqnostika vaxtında müalicə aparılmasına və xəstəliyin qısa müddət ərzində sağalmasını təmin edə bilər. Əsas diaqnostik müayinələrdən biri isə Ultrasəs müayinələrdi (USM).

Profilaktik USM üçün göstərişlər hansılardı? Şikayətlər olmadıqda ultrasəs müayinələrdən hansı hallarda keçmək lazımdır?

Bu sulların cavabı isə Referans Poliklinikin USM Həkimi Dr.Nigar Həsənovanın hazırladığı növbəti məlumatda.

Profilaktik USM üçün göstərişlər

Müayinədən keçmək üçün əsas göstərişlər pasiyentdə müşahidə edilən şikayətlərdi: hər hansısa orqanda və ya ümumi ağrı hissi, şişkinlik, qanaxmalar və s.

Heç bir şikayəti olmadıqda pasiyentlər profilaktik müayinələrdən keçmək istəmir. Lakin unutmamalıyıq ki, insan orqanizimində bəzi xəstəliklər ağrısız, hər hansı bir əlaməti olmadan gizli başlaya bilər və uzun müddət özünü bürüzə verməyə bilər.

Bunlara aid etmək olar:

  • Bəzi onkoloji xəstəliklər: süz vəzi xərçəngi və ya digər xərçəng xəstəliyinin növləri. Xərcənglə əlaqəli orqanlara yayılmış metastadik dəyişikliklər.
  • Orqanlarda kistlər, törəmələr, hər hansısa struktur dəyişiklikləri ( sirroz, steatoz- piylənmə, hemangiomalar, böyrəklərdə konkremetlər-daş ) və s.
  • Yenidoğulmuş uşaqlarda beyin strukturunda dəyişikliklər.
  • Hamiləlik dövründə bətin daxili inkişaf qüsurları və s.

USM bir profilaktik müayinə kimi əvəzsiz metoddur.

Nədən məhz USM?

  • Həkim peşakarlığının düzgün yöntəmində əksəriyyət xəstəliklərdə (70 %-100 % hallarda) daha çox informativ müayinə üsuludur.
  • Qısa vaxt ərzində aparılır, ağrısız prosedurdu və insan orqanisminə tam zərərsizdir.
  • Daxili orqanların və toxuma dəyişikliklərinin dəqiqlihlə dəyərləndirməsinə imkan verir.
  • Müayinə əlçatan, sadə və qeyri-invazivdir.
  • Məlumatlar real zaman kəsiyində alınır.
  • Digər daha geniş və bir qədər zərərli diaqnostik müayinə metodlardan (MRT, KT, Rentgen ) önləyici və onların aparılmasına göstərişin olub-olmasını dəqiqləşdirməyə imkan verir.

Hər kəsə qayğı ilə 7/24 xidmətinizdəyik!
*0033
Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33