HPV və Gardasil peyvəndi

Referans Poliklinikin Ginekoloqu Dr. Nuridə Zeynalovanın "HPV və Gardasil peyvəndi" haqqında hazırladığı növbəti məlumat sizinlə paylaşırıq. Daha çox yayılmış cinsi yolla keçən infeksiyalardan biri olan HPV (insan papillomavirusu) bütün dünyada yayılmışdır və uşaqlıq boynu, qırtlaq, rektum və kişi cinsiyyət orqanlarının xərçənginə səbəb ola biləcək viruslardan hesab edilir.

Kondilomalar (siğillər) və papilomaların əsas yaranma səbəbi hesab edilir.

HPV necə ötürülür?

  • cinsi yolla
  • məişət-kontakt üsul ilə
  • doğuş zamanı - anadan körpəyə ötürülərək

Sauna, hovuz, tualet və s.-də gigiyena qaydalarına əməl olunmadıqda yüksək yoluxma riski mümkündür.

Bu günə qədər təxminən 300 növ HPV növü müəyyən edilmişdir. Bəziləri onkogendir - xərçəngə səbəb ola bilər, digərləri isə xəsətliklərə və şikayətlərə səbəb olmur.

Bir şəxs eyni zamanda bir və ya daha çox HPV növünə yoluxa bilər.

HPV üçün inkubasiya müddəti bir neçə həftədən bir neçə ilə qədər ola bilər. Bu səbəbdən virusu özünüz də bilmədən illərlə daşıya bilərsiniz.

📍 HPV-in simptomları:

  • Genital siğillərin və papilomaların yaranması
  • Hamiləlik zamanı siğillərin artımı
  • Virusun təsiri səbəbi ilə uşaqlıq boynunun selikli qişasında müxtəlif dəyişikliklərin yaranması

Beynəlxalq protokollara əsasən simptomların olub-olmamasından asılı olmayaraq, 30 yaşından sonra hər bir qadın HPV (PCR HPV skrining / genotip) testindən keçməlidir.

Mərkəzimizdə HPV-yə qarşı vaksinasiya da mümkündür. Peyvənd sizi HPV infeksiyasından və uşaqlıq boynu xərçəngindən qoruyacaq.

GARDASİL - İnsan papillomavirusunun (HPV) profilaktikası üçün vurulan peyvənddir.
GARDASİL - peyvəndi üçün yaş həddi 9-45 yaşdır.

Cinsi aktiv insanlarda peyvənd olunmaması, HPV riskini 50%-dək artırır. Anogenital siğillərin inkişafına səbəb olan HPV uşaqlarda və yetkinlərdə təkrarlanan papillomatoza səbəb olur.

Peyvənd öncəsi həkim müayinəsinnən keçməyiniz mütləqdir.

Hər kəsə qayğı ilə 7/24 xidmətinizdəyik!
*0033
Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33