"Soyuqdəymə" mövsümü

 Payız və qışda digər fəsillərə nisbətən daha çox soyuqdəymə və qrip ilə rastlaşırıq. Bunun nə ilə əlaqəli olduğu aydınlaşdıraraq, bununla bağlı bir neçə məsləhəti sizinlə paylaşırıq.

İmmun sisteminin köməyi ilə orqanizminizi gücləndirməyin ən effektiv yolu vaksinasiyadır.

Vaksinasiya, xüsusilə bu aylarda daha çox aktual olan qripə qarşı İnfluvac peyvəndi, orqanizminizi qriplə mübarizədə 80% qədər müdafiə edəcək, digər 20% isə sizin həyat tərziniz asılıdır.

Peyvənd öncəsi həkim müayinəsindən keçməyiniz mütləqdir.

İmmunostimulyatorların təsiri sübut olunmur və hətta onlar təhlükəli ola bilər.

Həkiminizə müraciət zamanı "immun sisteminizi gücləndirmək" istəyiniz əsasında, lazimi göstəricilər olmadan sizə immunostimulyator təyin olunmayacaqdır. Yalnız xüsusi göstərişlər olduqda və müayinələr aparıldıqdan sonra müalicə həkiminiz tərəfindən bu qrup dərmanlar sizə təyin oluna bilər.

Zəncəfil, sarımsaq, soğan, limon kimi məhsullar faydalı olmalarına baxmayaraq, orqanizminizin qoruyucu sisteminizi artırmayacaq.

Düzgün qidalanın, yuxu rejiminizə riayət edin və qapalı məkanlarda daha az vaxt keçirin, xüsusən istilik sistemlərinin qoşulu olduğu məkanlarda.

Fiziki aktivliyin olmamasıda immun sisteminizə təsir edən amillərdən biridir.⠀

Hər kəsə qayğı ilə 7/24 xidmətinizdəyik!
*0033
Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33