Vitaminlər haqqında doğru bildiyimiz yanlışlar

Payız və qış aylarının aktual mövzularından hər zaman olduğu kimi vitamin çatışmazlığıdır. Bir çoxlarımız bu müddət ərzində avitaminozdan şikayət etməyə başlayırıq, bəs vitaminlər haqqında doğru bildiyimiz yanlışlar hansılardı?

Payız-qış mövsümündə hər kəs avitaminozdan şikayət edir.
✅ Həqiqi avitaminoz- mövsüm və ya hava şəraiti ilə heç bir əlaqəsi olmayan orqanizmdə müşahidə olunan hər-hansısa bir vitamin çatışmazlığıdı.

Avitaminoz halsızlıq, daimi yorğunluq, iştahasızlıq kimi simptomlarla müşahidə edilir.
✅ Bir çoxlarının avitaminozla əsaslandırdığı halsızlıq,xroniki yorğunluq və s. kimi simptomlar mövsum dəyişikliyi zamanı da müşahidə edilə bilər.Hər bir vitamin çatışmazlığı xüsusi klinik simptomlarla müşahidə edilir.

Simptomlar əsasında hansı vitamin çatışmazlığı olduğunu təyin etmək olar.
✅ Vitamin çatışmazlığını yalnız laborator müayinələr əsasında təyin etmək mümkündür.

Həkim təyinatı olmadan heç bir vitamin kompleksi qəbul etmək olmaz, öz başına vitamin qəbulunun orqanizminiz üçün ağır fəsadları ola bilər.

Laboratoriyamızda bu vitamin miqdarını təyin etmək mümkündür:

  • Vitamin A
  • Vitamin B1
  • Vitamin B2
  • Vitamin B6
  • Vitamin B9
  • Vitamin B12
  • Vitamin D
  • Vitamin E
  • Vitamin H

Hər kəsə qayğı ilə 7/24 xidmətinizdəyik!
 *0033
Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33