Nərimanov filialı

Burada 9 əsas (CoLab, Hematologiya, Mikrobiologiya, Molekulyar Mikrobiologiya, Genetika, Sitogenetika, İmmunologiya, Serologiya) və bir sıra alt bölmələr (hamilələrin prenatal skrininqi, diabetik monitorinq, axınlı sitometriya, yenidoğulmuşların metabolik skrininqi və s.) üzrə 4000-nə yaxın laborator müayinələr aparılır. "Əldə etdiyiniz nəticə sadəcə rəqəm deyil" şüarı altında xidmət göstərən Referansın mərkəzləşdirilmiş laboratoriyası "Doğru nəticə - sıfır xəta" prinsipi qarşıya məqsəd kimi qoyulub. Laborator analizlər ən son texnologiyalar və metodikalardan istifadə edilərək, beynəlxalq protokollara əsaslanaraq aparılır və bütün nəticələrin dürüstlüyü kontrol müayinələr vasitəsilə nəzarətdən keçirilir.

Qalereya